Azarkeş festivalı başlayıb

Dənizkənarı bulvarda Avropa liqasının Bakı olimpiya stadionunda final oyununun azarkeş festivalı start götürüb. Allsport.az saytı xəbər verir ki, tədbirin ulduz qonaqlarının – ingiltərəli Maykl Ouen və italiyalı Françesko Toldonun iştirakı ilə keçirilən açılışda yerli təşkilat komitəsinin sədri Yaqub Eyyubov, AFFA prezidenti Rövnəq Abdullayev, 1-ci vitse-prezidenti Rauf Əliyev, vitse-prezident Elşad Nəsirov, icraiyyə komitəsinin üzvləri və digər rəsmi şəxslər təşrif buyurublar.

Azarkeş festivalı ictimaiyyətin böyük marağına səbəb olub. Müxtəlif əyləncə qurğuları ilə tanış olan festival ziyarətçiləri, həmçinin Maykl Ouen və Françesko Toldo ilə şəkil çəkdirmək, onlardan imza almaq imkanı da qazanıblar.

Tədbir dənizkənarı bulvarda (əsas giriş: Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının yaxınlığı) təşkil olunub və mayın 29-a qədər fəaliyyət göstərəcək. İctimaiyyət üçün giriş sərbəstdir.

Həmin kateqoriyadan