“Azlıqda qalsaq da, mübariz ruh nümayiş etdirdik və son dəqiqələrdə qol vurduq”

“Sumqayıt” Topaz premyer liqasının 3-cü turunda səfərdə “Qəbələ” ilə 1:1 oynayıb. Allsport.az saytı xəbər verir ki, matçdan sonra qonaq komandanın baş məşqçisi Nazim Süleymanov açıqlama verib:

“Maraqlı oyun izlədik. Baxmayaraq ki, qapımıza təmiz penalti təyin edildi və rəqib hesabda önə keçdi, futbolçularıma təşəkkür edirəm ki, azlıqda qalsaq da, mübariz ruh nümayiş etdirdilər və son dəqiqələrdə bərabərlik qolunu vura bildilər”.

Həmin kateqoriyadan