Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə taekvondo üzrə nümunəvi çıxış

Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə dənizkənarı Milli Parkda idmanın müxtəlif növləri, o cümlədən taekvondo üzrə nümunəvi çıxışlar olub.

Allsport.az saytı xəbər verir ki, bununla bağlı keçirilən tədbirdə Gənclər və Idman Nazirliyinin nümayəndə heyəti, Milli Olimpiya Komitəsinin, idman federasiyalarının və ictimaiyyətinin nümayəndələri iştirak edib.

Nümayəndə heyəti, idmanın müxtəlif növlərinin, voleybol, tennis, zorxana, güləş, cüdo, o cümlədən taekvondoçuların çıxışlarını izləyib, xatirə şəkilləri çəkdiriblər.

Həmin kateqoriyadan