Bəd nəzər sözünü dedi: UEFA Bəhram Bağırzadəni “Qarabağ”ın azarkeşi siyahısından çıxardı

Çempionlar liqasının qrupunun mərhələsinin məşhur futbol həvəskarlarını açıqlayan UEFA siyahıda düzəliş edib. Allsport.az saytı xəbər verir ki, turnirin iştirakçısı olan 32 komandanın hər birinin tanınmış fanatını müəyyənləşdirən qurum, “Qarabağ”ın azarkeşi kimi göstərdiyi aktyor Bəhram Bağırzadəni siyahıdan çıxarıb.
“Neftçi”nin müşahidə şurasının sabiq üzvü və bu komandanın azarkeşi kimi tanınan ŞHK ustasının adının burada yer alması ölkəmizdə birmənalı qarşılanmayıb. Səhvini tez anlayan UEFA onun adını siyahıdan çıxarıb. Ümumiyyətlə, həmin məqalədə “Qarabağ”la bağlı abzas da yığışdırılıb.

Həmin kateqoriyadan