Bədavi Hüseynov da zədələnərək millinin düşərgəsini tərk edib

Bakıda hazırlıq keçirən Azərbaycan millisinin heyətində növbəti dəyişiklik olub. Allsport.az saytı xəbər verir ki, “Qarabağ” müdafiəçisi Bədavi Hüseynov zədələndiyi üçün, təlim-məşq toplanışını tərk edib.

O, DÇ-2018-in seçmə mərhələsində sentyabrın 4-də keçiriləcək San Marino – Azərbaycan oyununda çıxış edə bilməyəcək. Öncə “İnter”in üzvü Ruslan Abışov da eyni səbəbdən yığmanın düşərgəsindən geri qayıtmışdı.

Həmin kateqoriyadan