Bədavi Hüseynov “Partizani” ilə oyunu buraxacaq?

“Viktoriya” ilə yoxlama matçında zədələnən müdafiəçimiz Bədavi Hüseynov tibbi müayinədən keçib. Allsport.az saytı xəbər verir ki, “Qarabağ”ın futbolçumunun ayağında əzələ dartılması aşkarlanıb.

O, ən azı, 5 gün yaşıl meydanlardan kənar qalacaq. İyulun 10-da çempionlar liqasının ilk ələməsində “Partizani” ilə səfər oyununda müdafiəçinin adının oyunun iştirak ərizəsində olub-olmaması həkimlərin son qərarından sonra bilinəcək.

Həmin kateqoriyadan