Bədii gimnastlar və batutçular öz aralarında ən güclüləri seçdilər

Milli Gimnastika Arenasında bədii gimnastların Azərbaycan çempionatı, batutçuların isə ölkə çempionatı və Bakı birinciliyi başa çatıb. Allsport.az saytı xəbər verir ki, gənc bədii gimnastların mübarizəsində ayrı-ayrı alətlər üzrə final mərhələləri keçirilib. Finalda rəqabət İlahə Məmmədova (1-ci yer – top, gürzlər; 2-ci yer – ip, halqa), Zöhrə Ağamirova (1-ci yer – ip, halqa; 2-ci yer – top; 3-cü yer – gürzlər), Veronika Qudis (2-ci yer – gürzlər), Dərya Farşbafşəhriyari (2-ci yer – halqa; 3-cü yer – top) və Darya Sorokina (3-cü yer – ip) arasında gedib.

Qızlarımız İlahə Məmmədova, Veronika Qudis, Zöhrə Ağamirova və Darya Sorokina gənclər üçün bu ilin ən mühüm yarışı olan iyunun 17-19-da İsrailin Holon şəhərində keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatında iştirak edəcəklər.

Batutçuların yarışında kişi gimnastlar 1, qadın gimnastlar isə 4 yaş qrupunda mübarizə aparıblar. Kişilər arasında Hüseyn Abbasov (uşaqlar), qadınlar arasında isə Sviatlana Makştarova (böyüklər), Selcan Maqsudova (yeniyetmələr), Kamilla Rəsulova (uşaqlar) və Violetta Sorokina (kiçiklər) fərqləniblər.

Həmin kateqoriyadan