Bədii gimnastlarımız Avropa çempionatında 8-ci olub

İsrailin Holon şəhərində bədii gimnastika üzrə 32-ci Avropa çempionatı keçirilib. Allsport.az saytı xəbər verir ki, ölkəmizi Rio-2016-da təmsil edəcək Marina Durunda çoxnövçülük yarışlarında 7-ci yeri tutub. Böyüklər arasında debüt edən Jalə Piriyeva isə 20-ci olub.

Siyana Vasileva, Aleksandra Platonova, Diana Doman, Ayşən Bayramova və Elif Zeynep Celepdən ibarət qrup hərəkətləri komandası 5 lentlə finala vəsiqə qazanaraq, 8-ci olublar.

Gənclərdə Azərbaycanı İlahə Məmmədova, Veronika Hudis və Zöhrə Ağamirova təmsil ediblər. İlahə halqa, Veronika isə iplə finallarda çıxış edərək, 8-ci yerlərdə qərarlaşıblar. Komanda hesabında da gənc gimnastlarımız 36 ölkə arasında 8-ci yeri tutublar.

Həmin kateqoriyadan