Bədii gimnastlarımızın Belçika və Braziliya məharəti

Gimnastikanın tanınmış simaları Belçikanın Antverpen şəhərində toplaşıblar. Allsport.az saytı xəbər verir ki, 20-ci “GymGala” şousunun keçirildiyi “Lotto arena”da müxtəlif növlər üzrə dünya, Avropa mükafatçıları, həmçinin olimpiya ulduzları öz çıxışlarını təqdim ediblər.

Dəvətlilər arasında Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası da yer alıb. Siyana Vasileva, Diana Əhmədbəyli, Zeynəb Hümmətova, Ayna Cəfərova və Aliyə Paşayevanın gözoxşayan ustalıqları izləyicilər tərəfindən maraqla qarşılanıb.

Bizimkilərin növbəti sorağı Braziliyadan gəlib. Bədii gimnastika üzrə millinin xoreoqrafı Kamil Quliyev qarşı tərəfin dəvəti ilə bir neçə gün ərzində 150-yə yaxın yerli gimnasta öz təcrübəsini bölüşərək, onlara balet və rəqslə bağlı ustad dərsləri keçib.

Həmin kateqoriyadan