“Bənövşəyilər” Bakı səfəri öncəsi liderlə heç-heçə edib

“Maribor” Sloveniya çempionatında növbəti oyununu keçirib. Allsport.az saytı xəbər verir ki, “Qəbələ”nin Avropa Liqasının pley-off mərhələsində rəqibi  4-cü turda doğma meydanda “Olimpiya” lə qarşılaşıb.

“Bənövşəyilər” liderlə görüşdə heç-heçəyə razılaşıb. Hesabı 18-ci dəqiqədə ev sahiblərindən Milivoje Novakoviç açsa da, 79-cu dəqiqədə qonaqlar buna cavab veriblər və matç 1:1 hesabı ilə bitib.

Hazırda 8 xala malik “Maribor” azərbaycanlı futbolçu Samir Məsimovun şərəfini qoruduğu “Domjale” ilə birgə 2-3-cü yerləri bölüşürlər.

Həmin kateqoriyadan