Badminton millimiz Arazın o tayına yollanacaq

5-8 fevralda İranın Zəncan şəhərində Fəcr beynəlxalq yarışı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, bu yarışda badmintonçularımız da iştirak edəcək.

Millinin heyətində Orxan Qələndərov, Kənan Rzayev, Cahid Əlhəsənov, Səbuhi Hüseynov və Teymur Abbasov yer alıblar. Ümumi mükafat fondu 25 min ABŞ dolları təşkil edən yarış şəxsi xarakter daşıyır.

Sayca 25-ci dəfə keçiriləcək turnirdə ümumilikdə 20 ölkənin təmsilçilərinin iştirakı gözlənilir. Tədbir Beynəlxalq Badminton Federasiyasının mövcud qaydaları əsasında keçiriləcək.

Həmin kateqoriyadan