Badmintonçularımız Rumıniya və Polşada mübarizə aparıblar

Bu günlərdə Rumıniya və Polşada badmintonçular arasında beynəlxalq turnir keçirilib. Allsport.az saytı xəbər verir ki, bu yarışlarda ölkəmizi baş məşqçi Ceyhun Məmmədəliyevin rəhbərliyi ilə Kənan Rzayev və Orxan Qələndərov təmsil ediblər.

Adı son çəkilən idmançı Karpatlarda ilk mərhələni uğura adlayıb. Növbəti raundda 2:3 yerli idmançıya uduzub. Burada hakimlər meydan sahiblərinə tərəfkeşlik edbilər.

Gələn ay millimiz Niderlandda qüvvəsini sınayacaq. İlk Avropa Oyunlarında Azərbaycanı sözü gedən heyətlə təmsil olunacaq. Bu üzdən, Bakı-2015-ə qədər bütün beynəlxalq səfərlərə Kənan Rzayev və Orxan Qələndərov yollanacaqlar.