Badmintonçuların Bakı birinciliyində kimlər qalib olub?

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən 12 nömrəli orta ümumtəhsil məktəbinin idman zalında 2003-2004-cü il təvəllüdlü oğlanlar və qızlar arasında badminton üzrə paytaxt birinciliyi keçirilib.

Allsport.az saytı xəbər verir ki, qızlarda Nigar Əliyeva 1-ci olub. Oğlanların mübarizəsində Aqil Qəbilov hamını üstələyib.

Yarışın qalibləri baş idarə tərəfindən diplom və xatirə hədiyyələri ilə təltif olunublar.