Edi mübarizəni erkən başa vurdu

Azərbaycanlı badmintonçu Edi Reski Dviçayo Macarıstanın paytaxtı Budapeştdə keçirilən “44th YONEX Hungarian International Championships 2019” turnirində iştirak edib.

Allsport.az xəbər verir ki, “International Challenge” seriyalı turnirə əsas mərhələdən qatılan Reski kişilərin şəxsi yarışında 1/16 finalda Ukrayna təmsilçisi Danilo Bosnyukla qarşılaşıb və 1:2 hesabı ilə uduzub.

Turnirə noyabrın 2-də yekun vurulacaq.

Həmin kateqoriyadan