Bahadırlarımız Fransanı şoka saldı

Parisdə Azərbaycan və Fransa güləşçiləri arasında dostluq görüşü keçirilib. Allsport.az xəbər verir ki, hər üç növdə güləşçilərin iştirak etdiyi dostluq görüşü Parisin ən məşhur saraylarından biri olan Qış sirkində baş tutub.

Gərgin və maraqlı mübarizə şəraitində keçən görüş Azərbaycan güləşçilərinin 9:1 hesablı qələbəsi ilə başa çatıb. Sərbəst və qadın güləşçilərin mübarizəsində bütün təmsilçilərimiz rəqiblərini tam üstünlüklə məğlub edib.

Yunan-Roma güləşçilərinin mübarizəsi daha gərgin keçib. İlk mübarizəyə qoşulan Rövşən Bayramov hesabda 4:0 öndə olsa da zədələnərək görüşü davam etdirə bilməyib. Ardınca Həsən Əliyev görüşü qələbə ilə başa vurub. 85 kq çəki dərəcəsində gənc güləşçimiz İslam Abbasov isə, son dünya çempionu ilə görüşdə əzmkarlıq nümayiş etdirərək rəqibini məğlub edib.

Sərbəst güləş yarışlarında ölkəmizi Mahmud Məhəmmədov, Cəbrayıl Həsənov və Həmzət Osmanov, qadın güləşində Patimat Baqomedova, Mariya Stadnik və Alyona Kolesnik, yunan-Roma güləşində isə Rövşən Bayramov, Həsən Əliyev və İslam Abbasov təmsil edirdi.

Həmin kateqoriyadan