Bahadırlarımız ilin ilk təlim-məşq toplanışına başlayır

2015-ci il Azərbaycan idmançıları üçün əlamətdar bir il olacaq. Allsport.az saytı xəbər verir ki, uyun ayında ölkəmizdə 1-ci Avropa Oyunları keçiriləcək. Güləş üzrə yığma komandalarımız bu mötəbər beynəlxalq yarışa hazırlıqlara start verib. Həm sərbəst, həm də yunan-Roma güləşi üzrə milli komandalarımız ilin ilk təlim-məşq toplanışına başlayır.

Sərbəst güləş üzrə yığma komandanın üzvləri baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Firdovsi Umudov, məşqçi David Kurtsiya və gənclərdən ibarət yığma komandanın böyük məşqçisi Əsgərxan Novruzovun rəhbərliyi ilə Rusiya Federasiyasının Kislovodsk şəhərində təlim-məşq toplanışında olacaq. Yanvarın 7-dən 24-dək davam edəcək təlim-məşq toplanışında seçməkomandadan 21, gənclərdən ibarət yığmadan 9 güləşçi iştirak edəcək.

Yunan-Roma güləşi üzrə yığma komandanın üzvləri isə, baş məşqçi Cəmşid Xeyrabadi, böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Akif Əliyev və Eyyub Azmudənin rəhbərliyi ilə Olimpiya Güləş Mərkəzində təlim-məşq toplanışında olacaq. Yanvarın 5-dən başlayan təlim-məşq toplanışı 3 həftə davam edəcək. Təlim-məşq toplanışına əsas komandadan 16, gənclərdən ibarət millidən 7 güləşçi cəlb edilib.

Hazırlıq başa çatdıqdan sonra, güləş yığmalarımız Parisdə keçiriləcək qran-pri turnirində ilin ilk sınağına çıxacaq.

Həmin kateqoriyadan