Bahadırlarımızın Paris qran-prisi major notlarla bitdi

Fransanın paytaxtında güləş üzrə qran-pri turniri başa çatıb. Yarışda hər üç güləş növü üzrə yığma komandalarımız iştirak edib. Allsport.az saytı xəbər verir ki, statrda olduğu kimi, növbəti gündə də hər 3 növ üzrə milli komandamız üzvləri fəxri kürsüyə çıxıblar.

Qadınların rəqabətində 58 kq çəkidə İrina Netreba Polşa güləşçisi ilə bürünc medal uğrunda görüşdən qalib ayrılıb. “Klassiklər”in ikinci yarış günündə 2 bürünc mükafat qazanıblar. Murad Məmmədov (59 kq) və İslam Abbasov (85 kq) fərqləniblər.

Sərbəst güləşçilərin mübarizəsində bahadırlarımız 1 gümüş və 1 bürünc medala sahib olublar. Ən ağır çəkidə təmsilçimiz Camaləddin Məhəmmədov (125kq) finala qədər inamla irəliləyib. Həlledici görüşdə o, Ukrayna idmançısına uduzub. 70-kq çəkidə Ruslan Dibirhacıyev 3-cü yer tutub.

Milli komandalarımız ilk gündə 3 dəst medal qazanıblar. Cəmdə, sərbəst güləşçilərimiz 2 qızıl, 1 gümüş və 3 bürünc mükafatla 1-ci nəticə göstərib. Yunan-Roma güləşçilərimizn hesabında 1 qızıl, 1 gümüş və 3 bürünc medal olub. Bu nəticə ilə onlar komanda hesabında 2-ci yeri tutublar. Qadın pəhləvanlarımız turniri 2 gümüş və 1 bürünc medalla başa vurublar, komanda hesabında 6-cı sırada qərarlaşıblar.

Həmin kateqoriyadan