“Bakcell” Azərbaycan qran- prisinin ilk rəsmi dəstəkçisi olub

Bakı Şəhər Halqası əməliyyat şirkəti ilə “Bakcell” şirkəti arasında Azərbaycan qran-prisinə dəstəyin göstərilməsinə dair 3-illik sponsorluq müqaviləsi imzalanıb. Allsport.az saytı xəbər verir ki, ikitərəfli razılığa əsasən, ölkəmizin ilk mobil operatoru və ən sürətli mobil internet provayderi Bakıda baş tutacaq növbəti 3 yarışa dəstək göstərmək müqabilində həmin yarışlar ərəfəsində Formula 1-in yerli şirkətlər üçün təqdim etdiyi bir sıra fürsətlərdən yararlanmaq imkanına sahib olacaq.

Belə ki, müqavilə çərçivəsində Bulvar tribunasına “Bakcell” şirkətinin adı veriləcək və bu tribuna şirkətin korporativ vizual elementləri ilə rənglənəcək. Bundan başqa, bulvar ərasizində yerləşən Formula1-in azarkeşlər zonasında “Bakcell” üçün xüsusi yer ayrılacaq. Həmçinin şirkət yarış həftəsonu ərzində trek ətrafında yerləşən ictimai məkanlarda öz məhsullarını Azərbaycan qran-prisinin tamaşaçılarına təqdim edə və burada yerləşən böyük ekranlarda öz videoçarxlarını nümayiş etdirə biləcək.

Həmin kateqoriyadan