“Bakı-1” komandası Masallıda mərhələ yarışını qazanıb

Cüdo federasiyasının qarşısında duran başlıca məsələlərdən biri bölgələrdə kütləviliyə nail olmaqdır. Allsport.az saytı xəbər verir ki, ACF-nin dəstəyi ilə bir neçə rayonda zallar yaradılıb, standartlara tam cavab verən tatamilər düzülüb, yeniyetmələrə kimanolar verilib, yerli mütəxəssislər və məşqçilər işlə təmin olunublar.

Artıq respublikamızın bütün regionlarında cüdo üzrə zona birincilikləri keçirilib, perespektivli yeniyetmələr ölkə çempionatlarında mübarizə aparıblar. Federasiyanın dəstəyi ilə növbəti yarış Masallıda keçirilib. Regionlararası Federasiya kuboku uğrunda 5 bölgənin komandası mübarizə aparıb.

Daha yaxşı nəticə göstərən “Bakı-1” mərhələ yarışının qalibi olub. “Qərb-1” klubu 2-ci, “Cənub-1” 3-cü yeri tutub. Yeniyetmələrin komanda yarışının növbəti mərhələsi Şirvanda keçiriləcək.

Həmin kateqoriyadan