Bakı-2015-də çəkilən bu an “Getty İmages”in tarixində 11 ən yaxşı idman fotosundan biri seçilib

ABŞ-ın “Getty İmages” foto agentliyi tarixinin 11 ən yaxşı idman fotosunu təqdim edib. Allsport.az saytı xəbər verir ki, bunlardan biri ispaniyalı fotoqraf Devid Ramosun 1-ci Avropa oyunları zamanı Bakıda lentə aldığı britaniyalı üzgüçü Rebeka Şervinin şəklidir.

AzərTAc-ın məlumatına görə, “Getty İmages” foto agentliyi 1995-ci ildən fəaliyyət göstərir və dünyada ən böyük foto arxivinə malik agentliklərdəndir.

Həmin kateqoriyadan