Bakı-2017 İslam Həmrəyliyi oyunlarına biletlər nə vaxt satışa çıxarılacaq?

19 martda 4-cü İslam Həmrəyliyi oyunlarının biletləri satışa çıxarılacaq. Allsport.az saytı xəbər verir ki, Bakı-2015-də olduğu kimi, əhalinin bu mötəbər idman tədbirindən yüksək zövq alması məqsədi ilə əməliyyat komitəsi biletləri münasib və əlverişli qiymətlərlə satışa çıxaracaq. İki manatdan başlayacaq qiymətlər əhalimizə 10 gün ərzində paytaxtımızda baş tutacaq idman yarışlarını rahat şəkildə izləməyə və oyunlardan zövq almağa imkan yaradacaq.

Ümumilikdə, oyunlar zamanı 20 idman növü üzrə 500.000-dən artıq biletin satışa çıxarılması nəzərdə tutulur. İdman həvəskarları izləmək istədikləri yarışlara biletləri baku2017.com rəsmi veb-saytından və şəhərin müxtəlif yerlərində açılacaq 12 satış məntəqəsindən əldə edə biləcəklər. Biletlərin satışa çıxarılacağı əsas ticarət mərkəzlərinə Park Bulvar, Gənclik və 28 Mall -Ticarət Mərkəzləri daxildir. Bunula yanaşı, oyunların keçiriləcəyi 16 idman obyektində də biletlərin satış köşkləri açılacaq.

 

 

Həmin kateqoriyadan