Bakı-2017-nin İdmançı səfirlərindən ustad dərsləri

13-15 martda mwvafiq olaraq cüdo, güləş və futbol 4-cü İslam həmrəyliyi oyunlarının idmançı səfirləri gənclərə ustad dərsləri keçəcəklər. Allsport.az saytı xəbər verir ki, bu tədbir “Domestic Grassroots” proqramının əsas layihələrindən biridir.

Əsas məqsəd, onların bilik və bacarıqlarını pərəstişkarları və bu idman növləri üzrə gələcək idmançılarla bölüşmək və eləcə də İdmançı səfirləri öz pərəstişkarları ilə görüşdürməkdir. Cüdo üzrə “Master Klass”da Rüstəm Orucov və Elmar Qasımov, güləş Hacı Əliyev və futbolda Ruslan Abışov iştirak edəcəklər.

Həmin kateqoriyadan