Bakı-2017-nin medalları təqdim edilib

İslam oyunlarında fərqlənən idmançılara təqdim olunacaq medallar AİHOƏK tərəfindən nümayiş olunub. Allsport.az saytı xəbər verir ki, özəl hazırlanmış mükafat dəsti Azərbaycan xalça naxışlarında rast gəlinən və İslam mədəniyyəti ikonoqrafiyasına əsaslanıb. Ölkənin zəngin tarixini özündə xarakterizə edən bu elementlər Bakı-2017 əsas dəyərlərini – sülh, birlik, hörmət və mükəmməlliyi özündə cəmləşdirib. Medalın digər üzündə isə İslam Həmrəyliyi İdman Federasiyasının emblemi əks olunub.

Diametri 80 mm, qalınlığı 9 mm olan medallar “Azərsuvenir” tərəfindən AİHOƏK-in tərtibat komandası ilə əməkdaşlıq şəraitində hazırlanıb. Dörd qitənin islam ölkələrindən olan idmançılar, 10 gün davam edəcək yarışlarında 20 idman növü üzrə mübarizə aparacaqlar. Bakı Olimpiya Stadionunda keçiriləcək açılış və bağlanış mərasimləri də daxil olmaqla, Bakı-2017-yə təxminən 500,000 tamaşaçının gəlməsi gözlənilir.

 

Həmin kateqoriyadan