Bakı-2017-in nümayəndə heyəti Şəhidlər Xiyabanını ziyarət edib

İslam Həmrəyliyi oyunları əməliyyat komitəsinin korporativ direktoru Elçin Səfərov və Bakı-2017-in əməliyyatlar üzrə baş direktoru Mayk Loynd 20 Yanvar Ümumxalq Hüzn günü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət ediblər.

Allsport.az saytı xəbər verir ki, həmçinin, İslamiadanın könüllü heyəti də şəhidlərin ziyarət edərək, onların məzarları üzərinə qərənfillər düzüblər. Bakı-2017-nin könüllüləri hər zaman 20 Yanvar faciəsinin qurbanlarını ziyarət edib onların xatirəsini ehtiramla yad etməyi özlərinə borc bildiyini vurğulayıblar.

Həmin kateqoriyadan