Bakı 2024-cü il Yay Olimpiya Oyunlarını keçirməyə namizədliyini vermədi

2024-cü il Yay Olimpiya Oyunlarını keçirmək üçün 5 şəhərin namizədliyi rəsmən təsdiqlənib. Allsport.az saytının məlumatına görə, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin toplantısında deyilib. Xəbərdə bildirilir ki, Roma, Budapeşt, Hamburq, Paris və Los-Anceles 2024-cü il Yay Olimpiya Oyunlarına əsas namizədlərdir.

BOK tərəfindən yekun qərarın 2017-ci ilin sentyabrında verilməsi nəzərdə tutulub. Bununla bağlı keçirilmiş konfransda qurumun prezidenti Tomas Bax deyib. Onun sözünə görə, güclü namizəd şəhərlər arasında ev sahibi seçilmək üçün gərgin mübarizə gedəcək.

Həmin kateqoriyadan