- Baxış sayı: 31
- 19 Aprel 2024 20:00
- Baxış sayı: 44
- Aprel 18, 2024
- 0
Ümumdünya Boks Seriyasının 2-ci turun matçında Azərbaycanın “Baku Fires” klubu səfərdə “Caciques Venezuela” ilə qarşılaşıb. Allsport.az saytının məlumatına görə, Karakas şəhərində keçirilən görüşdə komandamız 2:3 hesabı ilə məğlub olub. Döyüşlərin nəticələri belədir:
“Caciques Venezuela” – “Baku Fires”
52 kq. Bermudez Salas – Elvin Məmişzadə – 3:0 (49:46, 48:47, 49:46).
60 kq. Nestor Armas – Albert Səlimov – 0:3 (44: 50, 45:50, 45:50).
69 kq. Maestre Perez – Yevgeni Romaşkeviç – 3:0 (49:46, 49:46, 49:46).
81 kq. Ramirez Duran – Soltan Migitinov – 2:1 (48:47, 48:47, 46:49).
+91 kq. Munoz Mata – Arslanbek Mahmudov –TKO R-4
Komadamızın heyətində superağır çəki dərəcəsindəki təmsilçisi Mahmudov bu dəfə də inamlı qələbə qazanıb. Onun zərbələri qarşısında aciz qalan Venesuela boksçusu 4-cü raunddan sonra döyüşü davam etdirməkdən imtina edib.
“B” qrupunda digər nəticələrə gəlincə, “Argentina Condors” doğma divarlar arasında “Puerto Riko Hurricanes” klubuna 2:3 hesabı ilə uduzub. USA “Knockouts” yerli publika qarşısında “İtalia Thunder” üzərində qələbə qazanıb – 3:2. “Astana Arlans” isə səfərdə “Rafako Hussars Poland” klubunu 3:2 hesabı ilə məğlub edib.
Turnir cədvəli:
1. “Astana Arlans” – 6 xal, döyüşlərin fərqi – 8-2 (2 matç)
2. “USA Knockouts” –6, 7-3 (2)
3. “Puerto Riko Hurricanes” – 6, 6-4 (2)
4. “Baku Fires” – 4, 6-4 (2)
5. “Caciques Venezuela” – 3, 3-7 (2)
6. “Rafako Hussars Poland” – 2, 4-6 (2)
7. “İtalia Thunder” – 1, 3-7 ( 2)
“Baku Fires” növbəti görüşünü yanvarın 31-də Quba Olimpiya Kompleksində “Astana Arlans” klubuna qarşı keçirəcək.