Baki Atıcılıq Mərkəzində 15 olimpiya növləri üzrə dünya kuboku

20-29 iyunda Baki Atıcılıq Mərkəzində 15 olimpiya atıcılıq növləri üzrə dünya kuboku keçiriləcək. Allsport.az saytı xəbər verir ki, sabah saat 14.00-da Mərkəzdə turnirin rəsmi açılış mərasimi keçiriləcək. Yarış Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı, Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin və «Qəbələ» Atıcılıq Klubunun dəstəyi ilə Baki Atıcılıq Mərkəzində baş tutacaq.
Dünya reytinq cədvəlində xüsusi yer tutan bu mübarizədə 80 ölkədən 1013 idmançı, eləcə də rəsmi qonaq və idman nümayəndəsi iştirak edir. Sözügedən mücadilə 6-14 avgustda Rioda keçiriləcək olimpiya oyunları ərəfəsində son mərhələdir.
16-23 sentyabrda “Qəbələ” atıcılıq klubunda ənənəvi olimpiya atıcılıq növləri üzrə dünya kubokunun finalı keçiriləcək. Bu yarışlar 2016-ci il ərzində Beynəlxalq İdman Atıcılıq Federasiyasının təqvim planında ən mühüm yarışlardan biri hesab olunur. 

Həmin kateqoriyadan