- Baxış sayı: 43
- 17 Aprel 2024 11:00
- Baxış sayı: 45
- Aprel 18, 2024
- 0
Su İdman Sarayında su polosu üzrə açıq Bakı birinciliyi keçirilib. Allsport.az saytı xəbər verir ki, yarışda 12 komanda mübarizə aparıb.
Gərgin mübarizədə 1-ci yeri adı çəkilən idman qurğusunun komandası tutub. MOİK 2-ci, Yüksək İdman Ustalığı Məktəbinin təmsilçiləri 3-cü olublar.
Qalib komandalar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.