Bakı birinciliyinin qalibləri

Dünən 5 saylı Bakı peşə liseyində badminton federasiyası ilə Bakı şəhər gənclər və idman baş idarəsinin birgə təşkilatçılığı ilə 2009-cu il və daha kiçik təvəllüdlülərin paytaxt birinciliyinə yekun vurulub. Allsport.az saytı xəbər verir ki, yarışda 25 oğlan və 16 qız yarışıb. Qaliblər 5 kateqoriya üzrə müəyyənləşib.

Şəxsi oğlanlar: 1.Murad İbrahimli, 2.Sübhan Həsənəliyev, 3.Əmirxan İmanov; şəxsi qızlar: 1.Əminə İsmayılova, 2.Aliyə Bağırova, 3.Nəzrin Mehrəlizadə. Qoşa oğlanlar: 1.Murad İbrahimli – Əmirxan İmanov, 2.Anar Hüseynov – Vüsal Məmmədli, 3. Əli Gözəlov – Sübhan Həsənəliyev.

Qoşa qızlar: 1.Zəhra Rüstəmova – Əminə İsmayılova, 2.Ülkər Nağıyeva – Aliyə Bağırova, 3.Nəzrin Mehrəlizadə – Qətibə Zeynalova; qarışıq-qoşa: 1.Murad İbrahimli – Nəzrin Mehrəlizadə, 2.Əmirxan İmanov – Zəhra Rüstəmova, 3.Sübhan Həsənəliyev – Əminə İsmayılova. Qaliblər diplom, medal və hədiyyələrlə təltif olunublar.

Həmin kateqoriyadan