“Bakı” Çağırış kubokunda mübarizəni dayandırıb

Kişi həndbolçulardan ibarət “Bakı” klubu Çağırış kubokunun ilkin mərhələsində Bosniya və Hersoqovinada yerli “Borak m:tel” ilə cavab oyununa çıxıb.

Allsport.az saytı xəbər verir ki, ilk görüşdə rəqibə 19:36 uduzan bizimkilər, növbəti matçda 24:33 hesabı ilə yenilib.

Matçın hakimləri ukraynalı Anatoli Novikov və Valeri Rozkov, EHF nümayəndəsi bolqarıstanlı Andrey Andereyev olub.

Həmin kateqoriyadan