Bakı finalını keçmiş “topçu” şərh edəcək

Avropa liqasının Bakı finalı dünyanın bir çox telekanalı vasitəsilə canlı yayımlanacaq. Allsport.az saytı xəbər verir ki, Rusiyada “Matç” TV-nin yayımlayacağı “Çelsi” – “Arsenal” oyununun şərhçilərindən biri ünlü futbolçu Andrey Arşavin olacaq.

“Topçular”ın sabiq üzvü jurnalist Timur Juravellə birgə olacaq. Xatırladaq ki, mayın 29-da Bakı olimpiya stadionunda final yerli vaxtla 23:00-da başlayacaq.

Həmin kateqoriyadan