“Bakı Fires” Qazaxıstan, Puerto Riko və Özbəkistan klublarına qarşı

Ümumdünya Boks Seriyasının (WSB) VI mövsümünün püşkü atılıb. Allsport.az xəbər verir ki, Venesuelanın paytaxtı Karakas şəhərində keçirilən tədbirdə AİBA prezidenti Çinq Ko Vu çıxış edərək, yeni mövsümdə maraqlı mübarizə izləyəcəklərini deyib.

O, növbəti çempionatda 16 komandanın yarışacağını və boks həvəskarlarının qarşılaşmalardan böyük zövq alacaqlarını bildirib. 16 komanda hərəsində 4 klub olmaqla 4 qrupda mübarizə aparacaq.

“Baku Fires” D qrupunda Qazaxıstanın “Astana Arlans”, Puerto Riko Hurricanes və Özbəkistan kollektivləri ilə yarışacaq. Qeyd edək ki, Özbəkistan komandası yeni mövsümdə WSB liqasında debüt edəcək. Hər qrupdan iki komanda növbəti mərhələyə vəsiqə qazanacaq. Yeni mövsümün yanvarda başlayaraq, mayda başa çatması nəzərdə tutulur.

A qrupu: “Cuba Domaderos”, “Desert Hawks” (Əlcəzair), “Ukraine Otamans”, China Dragons”.

B qrupu: “Mexico Guerreros”, USA Knockouts, “Atlas Lions” (Mərakeş), “British Lionhearts”

C qrupu: Rusiya, “Rafako Hussars” (Polşa), “Argentina Condors”, “Caciques Venezuela”.

Həmin kateqoriyadan