“Bakı Fires”n boksçusu Rusiyada qızıl medal qazandı

Rusiyanın Xantı-Mansiysk şəhərində həmyerlimiz, Sibirdə nefti kəşf edən Fərman Salmanovun xatirəsinə həsr olunan Neft Ölkələrinin Dünya Kuboku yarışına yekun vurulub. Allsport.az xəbər verir ki, 69 kq çəki dərəcəsində mübarizə aparan “Baku Fires” klubunun üzvü Yevgeni Ramaşkeviç ilk görüşdə tacikistanlı Asomiddin Burxanovu məğlub edib.

Boksçumuz ikinci qarşılaşmada yerli idmançı Tamerlan Maqomedov üzərində qələbə qazanıb. Ramaşkeviç finalda qazaxıstanlı Azamat Dosmaqambetovla üz-üzə gəlib. Gərgin mübarizədə qalib gələn Ramaşkeviç Neft Ölkələrinin Dünya Kubokunda komandamıza yeganə qızıl medalı qazandırıb.

60 kq çəki dərəcəsində çıxış edən Nəsrəddin Məmmədov ilk görüşdə Belarus nümayəndəsinə uduzaraq, mübarizədən kənarda qalıb.

Ramal Yusifzadə (56 kq) ilk mərhələdə Avropa Oyunlarının qalibi Baxtovar Nazirova məğlub olub.

İbrahim İbrahimov (52 kq) təcrübəli moldovalı Aleksandr Rışkana yenilib.

Qadınların yarışımda çıxış edən Anaxanım Ağayeva (51 kq), Ayzanat Hacıyeva (60 kq),və Leyla Cavadova (75 kq) medalsız qalıblar. Yarışda ölkəmizi hakim kimi Anar Nağdıyev təmsil edib.

Həmin kateqoriyadan