Bakı futbol liqası da 20 yanvarı unutmayıb

Bakı futbol liqasında 15-ci turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, hesabat turu 20 yanvar tarixinə təsadüf edib və şəhidlərimiz BFL-də də unudulmayıb. Bütün qarşılaşmalar 1 dəqiqəlik sükutla başlanıb. Rəqabətdə vəkillər kollegiyasının “Advokat” komandası “Sintra AZE FC”ni qəbul edib. Autsayderlər qrupunda yer alan ev sahibi güclü rəqibi qarşısında olduqca baxımlı oyun nümayiş etdirib. Transfer pəncərəsində heyətini gücləndirən “vəkillər” bunun bəhrəsini ilk qələbəni qazanmaqla görüblər – 6:3. 

“Uğur” FK “Seniors”la görüşdə də qələbə seriyasını 3 cavabsız qolla davam etdirib. Çempionluq uğrunda mübarizə aparan digər komanda – “Sirena Motors”un “Piramida” ilə görüşündə tamaşaçılar 17 qolun şahidi olub.

Əfqan Talıbovun komandası 14:3 hesabı ilə qalib gəlib. “Astara” da “Mübariz” üzərində rahat qələbə qazanıb. Cənublular Cavid Mürsəlovun komandasının hesabı açmasından qəzəblənərək ardıcıl 11 qol vurub. “Muğanbank” isə “Kristal”a təslim olub – 0:3.

Həmin kateqoriyadan