Bakı idman sarayında dünyanın ən güclü badmintonçuları müəyyənləşib

Badmintonçunların “Azerbaijan International 2019” turnirində qaliblər müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, kişilərin şəxsi çıxışında Ramsus Genke (Danimarka), qoşada Mark Lamsfuss-Marvin Seidel (Almaniya), qadınlarda Pittayaporn Çaivan (Tailand), qoşada Kloe Börç-Lauren Smit (İngiltərə), qarışıq qoşa yarışlarda Tom Jikel – Delfin Delru (Fransa) 1-ci yer tutublar.

Mükafatlandırmada gənclər və idman nazirliyinin şöbə müdiri Fərid Mansurov, Türkiyə badminton federasiyasının prezidenti Murad Özməkik, Azərbaycan badminton federasiyasının vitse-prezidentləri Balaş Qasımov, Mirzə Orucov və Emin Zeynalov, baş katib Nəsimi Musayev qaliblərə medal və müvafiq pul mükafatları təqdim ediblər.

Xatırladaq ki, ümumi mükafat fondu 25 min ABŞ dollar olan yarışda 39 ölkədən 248 idmançı birincilik uğrunda mübarizə aparıb. Bu Tokio-2020 yay olimpiya oyunlarına lisenziya xalları qazandıran “International Challenge” kateqoriyalı yarışlar üçün rekord göstəricidir.

Həmin kateqoriyadan