“Bakı” ilk oyunda uduzdu

Bu gün kişi həndbolçulardan ibarət “Bakı” klubu Çağırış kubokunun ilkin mərhələsində Bosniya və Hersoqovinada yerli “Borak m:tel” ilə üz-üzə gəlib.

Allsport.az saytı xəbər verir ki, görüş Banja Luka şəhərinin təmsilçisinin 36:19 qələbəsi ilə bitib.

Matçın hakimləri ukraynalı Anatoli Novikov və Valeri Rozkov, EHF nümayəndəsi bolqarıstanlı Andrey Andereyev olub. Razılaşmaya əsasən, cavab görüşü də sabah eyni məkanda baş tutacaq.

Həmin kateqoriyadan