Bakı “İnter”i daha bir oyunçu sifariş etdi

“İnter” Topaz Premyer Liqası üçün Peşəkar Futbol Liqasına təqdim etdiyi iştirak ərizəsinə daha bir yeni oyunçunun adını daxil edib. Allsport.az xəbər verir ki, paytaxt klubu zədədən qayıdan Sezar Meza Kollini sifariş edib.

O, növbəti oyunlarda meydana çıxa bilər.

Qeyd edək ki, “bankirlər”in üzvü Derlis Meza Kollinin qardaşı olan Sezar uzun müddət idi ki, zədədən əziyyət çəkirdi. Cari mövsümün startı ərəfəsində zədəsi sağalmadığı üçün klub onu sifariş etməmişdi. Lakin artıq hər şey qaydasında olduğundan, “İnter” öz oyunçusunu sifariş ərizəsinə daxil etməyə qərar verib.

Həmin kateqoriyadan