Bakı “İnter”i ev oyunlarını keçirdiyi stadionun ot örtüyü təbiiləşdirəcək

Bu ilin 3-cü rübü ərzində “İnter” Peşəkar İdman Klubunda görülmüş və planlaşdırılmış işlər barədə hesabat açıqlanıb. Allsport.az saytı sizi həmin hesabatla tanış edir:

Stadion üzrə:

1. Stadionda yeni təhlükəsizlik xidməti təsis olunub və təhlükəsizlik xidməti Avropa standartlarına uyğun təşkil edilib.
2.Stadionda səsləndirmə Avropa standartlarına uyğun tam yenilənib.
3. Skybokslar müasir dövrün tələblərinə uyğun təmir olunub.
4. Stadionun 3-cü meydançasında əsaslı təmir işləri həyata keçirilir. 3 ayrı-ayrı fəaliyyət göstərəcək üstüörtülü məşq meydançaları hazırlanır. Bu, uşaq-yeniyetmə futbolçuların soyuq aylarda tamdəyərli məşq prosesində iştirak etmələrinə imkan verəcək. “Yuventus” Futbol Akademiyasının təlim-məşq prosesləri məhz bu meydançalarda aparılacaq.
5.Stadionun 3-cü meydançasının geyinib-soyunma otaqları əsaslı təmir olunub.
6. Stadionda reklam banerlərin yerləşdirilməsi istiqamətində potensial sponsorlarla danışıqlar aparılır.
7. Stadionda yeni bilet satışı sisteminin yaradılması istiqamətində işlər həyata keçirilir.
8. “İnter”in ev oyunları zamanı azarkeşlər arasında həvəsləndirici uduşların keçirilməsi planlaşdırılır.
9. Növbəti il əsas meydançanın süni ot örtüyünün təbii ot örtüyü ilə əvəz edilməsi planlaşdırılır.

Şəxsi heyət üzrə:

10. “İnter”in Nizamnaməsinə uyğun olaraq “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyəti Yohan Engbrexti klubun müşahidə şurasının sədri vəzifəsinə təyin edib. Avropa futbol təlim-tədris prosesinə yaxından bələd olan cənab Engbrextin məşqçilik lisenziyası da var.
11. Əsas komandanın idarəçiliyində təmsil olunan üç nəfər şəxsi layihələrinin olması səbəbi ilə klubu tərk edib.
12. Klubun Uşaq-Gənclər Futbol Akademiyasının məşqçilər korpusunda aparılan dəyişikliklər yekunlaşmaq üzrədir və yeni məşqçilər korpusu “Yuventus” Futbol Akademiyasının təlim-məşq prosesində iştirak edəcəklər.
13. Klubun Uşaq-Gənclər Futbol Akademiyasında təlim-məşq prosesi Almaniya tədris sisteminə uyğun təşkil ediləcək.
14. Klubun inzibati heyətində yaxın zamanlarda böyük dəyişiklik gözlənilmir.

Yuventus Bakı Akademiyası üzrə:

15. “İnter”in baş sponsoru olan Azərbaycan Beynəlxalq Bankı Azərbaycan futbolunun inkişafında maraqlıdır və bank dünyanın ən məşhur futbol klublarından “Yuventus” klubu ilə əməkdaşlığa başlayıb. İtaliya çempionu olan bu klubla müvafiq saziş çərçivəsində bir sıra birgə tədbirlər həyata keçiriləcək. İlk növbədə, “İnter Arena”nın bazasında “Yuventus” Futbol Akademiyası yaradılacaq. Belə bir akademiyanın təşkilində məqsəd Azərbaycanda uşaq futbolunun inkişafına dəstək və “İnter” klubunun mövcud infrastrukturunun inkişaf etdirilməsidir.

Həmin kateqoriyadan