Bakı marşal klubu növbəti uğur

Bakı Şəhər Halqası əməliyyat şirkətində fəaliyyət göstərən Bakı marşal klubu növbəti uğura yetişib.

Allsport.az saytı xəbər verir ki, komandanın sadiq nümayəndəsi Telman Hacıbutayev və digərləri dayanıqlıq, iradə və mübarizlik keyfiyyətlərini özündə cəmləşdirib bir daha komanda işi və ruh yüksəkliyini nümayiş etdirmək imkanına malik olduqlarını sübut edərək Bazardüzü zirvəsini fəth etmişlər.

Bu zirvə Azərbaycanın ən hündür nöqtəsi  sayılır (4466m). Böyük Qafqaz dağlarının Baş Qafqaz silsiləsində, Rusiya federasiyası ilə sərhəddə, Qusar rayonu ərazisində yerləşir.

Həmin kateqoriyadan