Bakı olimpiya stadionu UEFA-nın elit siyahısında

2015-ci ildən fəaliyyətə başlayan və hər il ən azı, 1 beynəlxalq turnirə ev sahibliyi edən Bakı olimpiya stadionu UEFA tərəfindən mükafatlandırılıb. Allsport.az saytı xəbər verir ki, bu qurğu “Alyans arena”, “Aviva”, “Nou Kamp və “Santyaqo Bernabeu” kimi dünyaca məşhur stadionlar kimi seçilmişlər siyahısına daxil edilib.

Qitənin 2-ci ən nüfuzlu klub turniri olan Avropa liqasının finalını mayın 29-da BOS-da keçirilib. AFFA-nın və yerli əməliyyat komitəsinin əməkdaşlarının peşəkar təşkilatçılığı, hüquq-mühafizə orqanlarımızın yüksək təhlükəsizlik tədbirləri, KİV nümayəndələrinin media işi, könüllülərimizin tamaşaçı xidmətləri və stadionu dolduran azarkeşlərin dəstəyi nəticəsində Bakı mötəbər idman tədbirlərinə ev sahibliyi etməyə daim hazır olduğunu bir daha sübut etdi.

Bakı olimpiya stadionu gələn il UEFA-nın 60-illiyi münasibəti ilə ilk dəfə 12 müxtəlif stadionda keçiriləcək Avro-2020-nin əsas stadionlarından biridir. Burada 3 qrup və bir 1\4 final matçı oynanılacaq.

Həmin kateqoriyadan