Paytaxtda Türkiyə, Qazaxıstan, Ukrayna, Gürcüstan və Rusiya codoçuları ilə birgə hazırlıq

Məlum olduğu kimi, cüdo üzrə millimiz gələn ay Fransanın paytaxtı Paris və Almaniyanın Düsseldorf şəhərində “Böyük dəbilqə” yarışlarında iştirak edəcək.

Allsport.az saytı xəbər verir ki, Bakı olimpiya stadionunda yerləşən təlim-məşq bazasında komandamızla yanaşı, Türkiyə yığmasının cüdoçuları da hazırlaşır.

Həmçinin, Rusiya, Gürcüstan, Ukrayna və Qazaxıstan çempionatının mükafatçılarından ibarət tatami ustaları da paytaxta gəliblər. Birgə toplanışa ayının 26-sı yekun vurulacaq.

Həmin kateqoriyadan