Bakı olimpiya stadionunun ictimai dayanacağı azarkeşlərin xidmətində olacaq

Sabah çempionlar liqasının qrupunun 3-cü turunda “Qarabağ” Bakı olimpiya stadionunda “Atletiko”nu qəbul edəcək. Allsport.az saytı xəbər verir ki, bu matça rahat gəlib-gedişini təmin etmək üçün ictimai dayanacaq klub tərəfindən azarkeşlərin xidmətində olacaq.

Futbol həvəskarları avtodayanacaqdan qarşılaşmanın başlamasından 3 saat əvvəl, 17:00-dan etibarən istifadə edə bilərlər.

Sözü gedən görüşə bilet satışa davam edir. Azarkeşlərimiz bu gündən etibarən biletləri stadionun qarşısında yerləşdirilən satış məntəqələrindən də əldə edə bilərlər.

Həmin kateqoriyadan