Bakı Qızıl qran-prisinin keçirilmə vaxtını birdəfəlik dəyişdi

Birləşmiş Güləş Dünyası Qızıl qran-pri turnirinin keçirilmə qrafikində dəyişiklik edib. Allsport.az saytı xəbər verir ki, bundan sonra bahadırlar öz qitələrində və dünya çempionatında qazandıqları medal əsasında bu yarışın final mərhələsində iştirak hüququna yiyələnəcəklər.

«Qızıl qran-priyə tətbiq olunan yeni qaydalar, seçilmiş rəqiblərə yarışın təqviminə təzədən baxmağa kömək edəcək». Bunu UWW-un prezidenti Nenad Laloviç deyib. O bildirib ki, hazırkı vəziyyət güləşçilərə əlavə gəlir qazanmağa imkan verir və onlara bu yarışa hazırlıq üçün lazımi vaxt verilir:

«Əvvəllər idmançılar il ərzində müxtəlif qran-pri seriyasında mübarizə aparırdılar və final mərhələsi dünya çempionatından qabaq olurdu. Yeni prosedurlar əlavə müsabiqələr tələb etmir. Belədə, Qızıl qran-pri dünya çempionatında sonra keçiriləcək.

Turnirin işıqlandırılması üçün televiziya şirkətləri ilə əməkdaşlıq da nəzərdə tutulub. Planetin ən yaxşı pəhləvanlarının yüksək mükafat fondu ilə təmin etməklə yanaşı, geniş tamaşaçı auditoriyasının təşviqinin artırılması da planlarımızdadır».

Nəzərinizə çatdıraq ki, Qızıl qran-pri 27-29 noybrda Bakıda təşkil olunacaq.

Həmin kateqoriyadan