Bakı qran-prisinin qalibi yeni təhlükəsizlik kəmərini Yaponiyada sınaqdan çıxaracaq

Bakıda keçirilən Avropa qran-prisində qalib olan “Williams” komandası Yaponiyada yeni təhlükəsizlik kəmərini test edəcək. Allsport.az saytı xəbər verir ki, buna səbəb formula-1 üzrə Sinqapur mükafat yürüşündə təhlükəsizlik kəməri ilə bağlı problemin yaşanmaşıdır. komanda təhlükəsizlik kəməri istehsal edən OPM şirkəti ilə müqavilə bağlayıb. Həm Valtteri Bottas, həm də Felipe Massa “Suzuka”da – Yaponiya qran-prisində müqavilə bağladığı OPM şirkətinin kəmərlərini sınaqdan çıxaracaqlar. Bu barədə komandanın yarış mühəndisi Rob Smedli danışıb:

“Bunu başa düşmək çətindir. Bağlamaqda problem olmadığı halda, təhlükəsizlik kəmərlərində az hallarda problem olur. Səbəbi nə olursa-olsun, bu yaşanmamalı idi. Sürücülərimizin təhlükəsizliyi bolidin sürətindən daha vacibdir. İstehsalçını dəyişdirəcəyik. Yaponiyada yeni dizayn yoxlayacağıq. Hər şey yaxşı olsa, bu kəmərləri ABŞ Qran-prisindən başlayaraq istifadə edə bilərik”.

Həmin kateqoriyadan