“Bakı Şəhər Halqası paytaxtımızı dünyaya yenə ən gözəl şəkildə təqdim etməyə səbrsizlənir”

“Red Bull” komandasının pilotu Daniel Rikkardo Bakıya səfər edəcək. Allsport.az saytı xəbər verir ki, bu, Azərbaycan mükafat yarışının qalibinin mövsümdə paytaxta 2-ci gəlişidir. BŞH-nin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai onun səfərini ölkəmizi daha geniş ictimaiyyətə tanıtmaq baxımından yüksək qiymətləndirib:

“Biz böyük məmnuniyyətlə avtoidman həvəskarlarının diqqətinə çatdırırıq ki, 2017 Formula 1 Azərbaycan Qran Prisində möhtəşəm qələbə qazanmış Daniel Rikkardo yenidən gözəl paytaxtımızda olacaq. Onun Bakıya səfəri ölkəmizin qonaqpərvərliyini və zəngin tarixi mədəniyyətini bütün dünyaya tanıtmaq baxımından əvəzolunmaz fürsətdir.

Bakıda bu il baş tutan qran-pri bütün avtoidman ictimaiyyəti tərəfindən 2017-ci il dünya çempionatının sürpriz və həyəcanla dolu ən baxımlı yarışı kimi qəbul olundu. Rikkardonun Bakıya səfəri 27-29 aprel 2018-ci il tarixlərində keçiriləcək növbəti Azərbaycan qran-prisinə böyük diqqət və maraq oyadacaq. Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin bütün kollektivi gözəl paytaxtımızı bir daha bütün dünyaya ən gözəl şəkildə təqdim etmək üçün səbrsizlənir. Yarışa biletlər artıq satışdadır və fürsətdən istifadə edərək bütün sürət həvəskarlarını Bakıda keçiriləcək növbəti möhtəşəm yarışa – 2018 formula1 Azərbaycan qran-prisinə bilet almağa dəvət edirəm”.

Həmin kateqoriyadan