Bakı Şəhər Halqasının trasında və DRS zonasında dəyişikliklər

Bu il F1 Azərbaycan mükafat yarışıərəfəsində Beynəlxalq Avtomobil Federasiyası ötən illə müqayisədə Bakı trasında dəyişikliklərlə bağlı məlumat verib və iki müstəqil DRS zonasının yerini təsdiq edib. Allsport.az saytı xəbər verir ki, trasda yenilənmələr çox deyil. Səkkizinci döngədəki apeksdə porebrik dəyişdirilib. Ötən il sürücülərdən bununla bağlı şikayətlər daxil olduğundan, onu tamamlamaq lazım gəlib.

DRS zonalarında dəyişiklik olmayıb. Pilotlar 2 müstəqil DRS zonasında arxa əks-qanadın idarəetmə elementinin vəziyyətini dəyişə biləcəklər. DRS zonalarından biri Neftçilər prospektindəki düz uzun yoldadır.

Maşınlar arasında intervalın ölçmə nöqtəsi 20-ci döngənin apeksində yerləşir. Sistemi 347 metrdən sonra fəallaşdırmaq mümkündür. Digər DRS zonasının ölçmə nöqtəsi təhlükəsizlik maşınının ikinci xətti ilə üst-üstə düşür. Sistemdən ikinci döngədən 52 metr keçəndən sonra istifadə etmək olar.

Həmin kateqoriyadan