Bakı Şahmat Olimpiadasının bütün rəsmi tərəfdaşları bəlli oldu

BCOOC bu yarışın keçirilməsində dəstək olan şirkətləri təqdim edir. Allsport.az saytı xəbər verir ki, 42-ci Ümumdünya Şahmat Olimpiadasının rəsmi tərəfdaşları kimi SOCAR, Azercell, Türk Hava Yolları, Qatar Airways, SMARTSCORİNG, “Meqa Sığorta” ASC, Modern Hospital, Badamlı, Tudor, Lavazza, Milla, Jalə və Tranquini ilə tərəfdaşlıq müqaviləsi imzalanıb.

Bakı Şahmat Olimpiadasının tərəfdaşları bu tədbirə dəstək olmaqdan məmnunluq hissini bildirməklə yanaşı, Azərbaycan milli komandalarına uğurlar arzu edir. Xatırladaq ki, Şahmat Olimpiadasının təntənəli açılışı sentyabrın 1-də olacaq. İlk tur sentyabrın 2-də oynanılacaq.

Həmin kateqoriyadan