“Bakı” son yerdən qurtuldu

Bu gün Premyerliqada VII tur start götürüb. Allsport.az saytı xəbər verir ki, turun mərkəzi oyununda ölkənin ən titullu klubu “Neftçi” ilə cari mövsümdə Avroliqada debüt edən “Qarabağ” komandası görüşüb. Gərgin və qarşılıqlı hücumlar şəraitində keçmiş matçda Ağdam təmsilçisi sevinib.

Mövsümü zəiа heyətlə başlayan “Bakı” ardıcıl 4 məğlubiyyət alan “Araz-Naxçıvan”ı sınağa çəkib. Son 5 oyunda qalib gələ bilməyən “zolaqlılar”, bu mübarizədə Əsgər Abdullayevin komandasını üstələyib.

İlk oyun gününə paytaxt derbisi ilə yekun vurulub. Son sıralardan uzaqlaşmaqda olan AzAL, çempionatın liderini qəbul edib. Meydan sahibi hesabda irəlidə olsa da, təşəbbüsü sonadək qorumayıb

Qeyd edək ki, tura sabah keçirilən 2 oyunla yekun vurulacaq.

 

Topaz Premyer Liqası, VII tur
27 sentyabr (şənbə)

“Neftçi” – “Qarabağ” – 1:3
Qol: Ernest Nfor, 87 – Riçard Almeyda, 35-pen.; Müarəm Müarəm, 76; Vüqar Nadirov, 85

“Bakı” – “Araz-Naxçıvan” – 2:1
Qol: Tural Qürbətov, 28; Nuran Qurbanov, 74 – Elmin Çobanov, 50

AzAL – “İnter” – 1:1
Qol: Kərim Diniyev, 4 – Migel Alvaro, 75

Həmin kateqoriyadan