«Bakı» və «Lans» klublarının sahibi Türkiyədə şirkət açdı

Hafiz Məmmədova «ay-ulduzlular»ın forması hədiyyə edildi

İstanbul Ticarət Palatasının Ticari Palatalakli və Birjalar Birliyində 24 dekabr 2014-cü ildə “Azlog Group İthalat İhracat Limited”(qeydiyyat nömrəsi № 953077/0) qeydiyyata alınıb. Allsport.az saytı “Turan”a istinadən xəbər verir ki, şirkət «Lans» və «Bakı» klublarının sahibi Hafiz Məmmədova məxsusdur. O, bu ölkədə avtomobil yük daşımaları ilə məşğul olacaq. İlkin üzvlük haqqı 10 min türk lirəsidi. Əsas idarəçi də məhz Hafiz bəyin özüdür.

 

Ötən ilin 11 ayında Türkiyədə Azərbaycan kapitallı 153 şirkət yaradılıb. Bunların sayına görə Odlar yurdu qonşu ölkədə sərmayəçilərin ilk onluğuna daxildir. Türkiyə Ticarət Palatasının məlumatına görə, bu dövrdə 44 milyon türk lirəsindən (TL) çox kapitalı olan 38 səhmdar cəmiyyəti yaradılıb. Bunun 27,4 milyon TL-i (62,3%) Azərbaycan sahibkarlarına məxsusdur. Qalan şirkətlər (115) məhdud məsuliyyətlidir.

2013-cü ildə Azərbaycan investorları Türkiyədə 178 şirkətin yaradılmasında iştirak edib (o cümlədən 43 Səhmdar Cəmiyyəti), onlara 50 milyon TL qoyublar. Şirkətlərin çoxunda azərbaycanlı investorlar həlledici səsə malik olub, kapitalın 58,75%-ni formalaşdırıblar. Azərbaycan investorları əsasən mehmanxana və yeyinti biznesi, idxal-ixrac, ticarət, nəqliyyat sahələrinə vəsait qoyurlar.

Bu arada Hafiz Məmmədov Türkiyədə futbol ictimaiyyətinin tanınmış simaları Hakan Şükür, Rüşdü Rəncbər və Abdullah Ovçu ilə görüş keçirib.Toplantıda qardaş ölkənin idman adamları «Bakı» klubunun prezidentinə Türkiyə milli komandasının 85 nömrəli formasını hədiyyə ediblər.

Həmin kateqoriyadan