Bakıda FİG-nin icraiyyə komitəsinin iclası keçirilir

Bakıda Beynəlxalq Gimnastika Federasiyasının icraiyyə komitəsinin iclası keçirilir. Allsport.az saytı xəbər verir ki, dekabrın 2-3-də FİG-in konqresi çərçivəsində keçirilən bu toplantıda qurumun prezidenti Morinari Vatanabe başda olmaqla, qitə ittifaqlarının rəhbərləri, gimnastika növləri üzrə texniki komitələrin prezidentləri, icra komitəsinin üzvləri və digər rəsmi nümayəndələr iştirak edirlər.

2 gün davam edəcək iclasın gündəliyində əsasən, FIG-nin nizamnaməsinə edilə biləcək mümkün dəyişikliklər, qurumun proqramına yeni gimnastika növünün əlavə edilməsi məsələsi və digər mühüm məsələlər duracaq.

Xatırladaq ki, icraiyyə komitəsinin iclaslarının ardınca, dekabrın 2-də konqresin toplantısı start götürəcək. Gimnastika sahəsində vacib qərarların müzakirə ediləcəyi tədbirdə 113 ölkədən 240-a yaxın nümayəndənin qatılacağı gözlənilir.

Həmin kateqoriyadan